"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzi ilə Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi birgə layihələrin icrasına start verdi.
Mərkəzimizin Qafqaz regionu üzrə eksperti Həsən Əhmədov və ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, həmin mərkəzin mütəxəssisi Möhübbət Məmmədov, Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Nilgün Nağıyeva və "MEH" Ədəbi Dərnəyinin rəhbəri Aytac Muradlı arasında baş tutmuş görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Tədbir iştirakçıları, eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu, həyata keçirilən tədbirlər və lahiyələrdə gənclərimizin iştirakının vacibliyi haqqında fikir mübadiləsi aparmışdır.
Bununla yanaşı, görüş zamanı gəncləri Qərbi Azərbaycan ideologiyası ətrafında sıx birləşdirmək, bacarıqlı, intellektual və xarici dil biliklərinə sahib olan şəxslərin bir məqsəd ətrafında birləşməsinə nail olmaq üçün yeni layihələr hazırlanmışdır.